Azərbaycan millisi tarixində 9-cu dəfə Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, iki gündən sonra start götürəcək sayca 29-cu turnirədək yığmamız 8 dəfə bu yarışa qatılıb.
İlk dəfə 2009-cu ildə Sankt-Peterburqdakı turnirdə qüvvəsini sınayan yığmamız debütdə 7-ci yerlə kifayətlənib. Bir il sonra isə komandamız tarixində ən yaxşı nəticəsini göstərib. 2010-cu ildə 5-ci olan millimiz bu nəticəni yalnız 1 dəfə - 2015-ci ildə təkrarlayıb. 2 dəfə 5-ci olan futbolçularımızın ən pis nəticəsi isə 13-cü yerdi.
Əvvəlki 8 turnirdə 35 qarşılaşmaya çıxan yığmamız cəmi 7 dəfə qələbə qazanıb. 14 heç-heçə və eyni sayda məğlubiyyəti olan komandanın üzüntüsü sevincindən ikiqat çoxdu. 35 oyunda 35 qol vurmağı bacaran millimiz 58 dəfə topu qapısından çıxarıb.
Son illərə nəzər salsaq, mənfi tendensiyalar diqqət çəkir. Komandamız ardıcıl 5 turnirin hərəsində 2 dəfə məğlub olub. İlk yarışdan sonra daim vətənə mənfi top fərqi ilə dönən yığmamızın bu göstəricisi də sevindirə bilməz.
|
İL |
O |
Q |
H |
M |
T/F |
YER |
|
2009 |
4 |
2 |
0 |
2 |
3-3 |
7-ci yer |
|
2010 |
4 |
0 |
3 |
1 |
4-5 |
5-ci yer |
|
2011 |
4 |
0 |
3 |
1 |
3-6 |
7-ci yer |
|
2012 |
4 |
1 |
1 |
2 |
4-11 |
12-ci yer |
|
2013 |
5 |
1 |
2 |
2 |
5-7 |
12-ci yer |
|
2014 |
5 |
0 |
3 |
2 |
4-9 |
13-cü yer |
|
2015 |
5 |
2 |
1 |
2 |
8-10 |
5-ci yer |
|
2016 |
4 |
1 |
1 |
2 |
4-7 |
8-ci yer |
|
Cəmi |
35 |
7 |
14 |
14 |
35-58 |
|