[b]Millimizin “siftə”si uğursuz alındı[/b]
02.11.2017 - 12:08
[b]Millimizin  “siftə”si uğursuz alındı[/b]

17 yaşadək futzalçı qızlardan ibarət Azərbaycan millisi debüt matçını keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız 2018-ci ildə Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində mübarizəyə başlayıb.

 

Oyunları Portuqaliyada keçirilən qrupda qüvvəsini sınayan yığmamız ilk görüşündə İtaliya ilə görüşüb. Appeninlilər bu matçda 2:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, millimiz bu gün baş tutacaq II turda Portuqaliya ilə üz-üzə gələcək.