Topaz Premyer Liqasının X turunda “Sumqayıt”ı qəbul edəcək “İnter” oyuna tam heyətlə hazırlaşır. Klubdan apasport.az saytına verilən məlumata görə, hücumçular Rauf Əliyev və Ağabala Ramazanovun durumu məşqçilər korpusunu sevindirib.
Ötən turda “Kəpəz”lə səfər matçının birinci hissəsində zədələnərək fasilədə əvəzlənən Rauf, eləcə də yüngül xəsarət alan Ağabala kollektivlə birlikdə məşqlərdə iştirak edirlər. Hər iki milli üzvü “Sumqayıt”la görüşdə baş məşqçi Zaur Svanadzenin ixtiyarında olacaq.
“Bankirlər”in yeganə problemi Samir Zərgərovdu. Əzələsi yırtılan yarımmüdafiəçi müalicə almaqla kifayətlənir. Məşqlərə hələ başlamayan Zərgərov üçün 2016-cı ilin bitdiyini də söyləmək olar.
Qeyd edək ki, “İnter” – “Sumqayıt” qarşılaşması oktyabrın 30-da keçiriləcək.