[b]Millimizin hücumçusu: Məmnun qalmadıq[/b]
13.03.2017 - 09:28
[b]Millimizin hücumçusu: Məmnun qalmadıq[/b]

“Yaxşı mübarizə aparsaq da, 3 xal qazana bilmədiyimiz üçün çox məyusam”. Apasport.az saytının məlumatına görə, bunu “Bursaspor”un hücumçusu Dəniz Yılmaz deyib.

 

Türkiyə Superliqasının XXIV turunda “Osmanlıspor” səfərindən qollu bərabərliklə (1:1) dönən “ağ-yaşıllar”ın yeganə qoluna 40-cı dəqiqədə penaltidən Dəniz imza atıb.

 

96 gündən sonra rəqib qapılarına yol tapan Azərbaycan millisinin üzvü 2 xal itirdikləri üçün məyus olduqlarını söyləyib: “Osmanlıspor” yaxşı komandadı. Onların meydanında hesabda önə keçmək asan deyil. Biz qələbə hesabını 85-ci dəqiqəyə qədər qoruduq. Matçın heç-heçə başa çatmasından məmnun qalmadıq. Son dəqiqələrdə qol buraxmaq hər kəsi məyus edər. Ancaq bu görüşü unutmaq lazımdı. İndi bizim üçün əsas qarşıdakı oyunlardı”.

 

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm Superliqada aktivinə 3 qol yazdırıb.