Azərbaycan millisinin futbolçusu Ufuk Budakın yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Kayserispor”dan ayrılan 27 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
Ancaq Ufuk bundan sonra Superliqada deyil, I liqada çıxış edəcək. Sol cinah oyunçusu “Manisaspor”la anlaşıb. Manisa təmsilçisi qış fasiləsində 11-ci transferi olan Budakla mövsümün sonuna qədər müqavilə imzalayıb. Ufuk buna qədər Türkiyədə “Əskişəhərspor”, “Qaziantep Böyükşəhər Bələdiyyəspor” və “Kayserispor” formalarını geyinib.
Qeyd edək ki, “Manisaspor”un qış fasiləsində heyətinə qatdığı futbolçulardan biri də millimizin digər üzvü Uğur Pamuk olub.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU