[b]Azərbaycan yığmasının dünya çempionatında rəqibləri müəyyənləşdi[/b]
20.05.2016 - 08:58
[b]Azərbaycan yığmasının dünya çempionatında rəqibləri müəyyənləşdi[/b]

Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq mundialın 24 iştirakçısı 6 qrupa bölünüb.

 

Tarixində ilk dəfə final mərhələsinə yüksələn Azərbaycan millisinin də rəqibləri də bəlli olub. Yığmamız F qrupunda mübarizə aparacaq.

 

Medelyin şəhərində baş tutan tədbirdə  millimizin bəxti gətirməyib. Komandamız çox güclü İran və İspaniya komandaları ilə eyni qrupa düşüb. Bu qrupa 3-cü səbətdən isə Afrika təmsilçisi Mərakeş düşüb.

 

Qeyd edək ki, 1/8 finala hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı nəticəyə malik 4 üçüncü yer sahibi vəsiqə əldə edəcək.

 

A qrupu

Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

B qrupu

Tailand, Rusiya, Kuba, Misir

C qrupu

Paraqvay, İtaliya, Vyetnam, Qvatemala

D qrupu

Ukrayna, Braziliya, Mozambik, Avstraliya

E qrupu

Argentina, Qazaxıstan, Solomon adaları, Kosta-Rika

F qrupu

İran, İspaniya, Mərakeş, Azərbaycan