[b]Millimizin Makedoniya ilə oynayacağı rəsmiləşdi[/b]
11.04.2016 - 17:38
Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı keçirəcək yığmamız Makedoniya yığması ilə qarşılaşacaq.
Bu oyun mayın 29-da baş tutacaq.
Qeyd edək ki, futbolçularımız hazırlıq prosesi çərçivəsində iyunun 3-də Kanada yığması ilə də yoldaşlıq oyunu keçirəcək.
Mənbə: affa.az
0
0