[b]Millimizin oyunu macar hakimə tapşırıldı[/b]
04.09.2017 - 12:43
21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İrlandiya oyunu macarıstanlı hakimlər briqadasına tapşırılıb. Apasport.az saytı xəbər verir ki, qarşılaşmanı Sandor Szabo idarə edəcək.
Ona Peter Kobor və Balaj Szert yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını isə Balaj Berke yerinə yetirəcək.
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İrlandiya görüşü saat 19:00-da start götürəcək.
0
0