“Oyunların taleyi adətən bizdən asılı olur. Rəqibin kimliyindən asılı olmayaraq, sona qədər mübarizə aparırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının futzalçısı Joao Matos deyib.
Kolumbiyada keçirilən dünya çempionatında yığmamızın potensialı rəqibi olan Portuqaliya 1/8 finalda Kosta-Rika ilə üz-üzə gələcək. Bu görüşün qalibi 1/8 finalda Azərbaycan – Tailand cütünün qalibi ilə qarşılaşacaq.
Dünya çempionatı ilə bağlı danışan Matos hədəflərinin çempionluq olduğunu bildirib: “Bizim üçün ilk hissələr önəmlidi. Fasiləyə kimi rəqiblərimizi nokauta salmağa çalışırıq. Bunu bacardığımız halda, oyun bizim üçün asanlaşır. Kosta-Rika aqressiv komandadı. İstənilən halda, onları məğlub edib, növbəti mərhələyə adlamalıyıq. Burada da bizi çətin görüş gözləyəcək. Ancaq komandamızın hər bir üzvü əlindən gələni edəcək. Hədəfimiz birincilikdi. Potensialımız çempion olmağa imkan verir”.
Qeyd edək ki, Portuqaliyanın Kosta-Rika ilə oyunu sentyabrın 21-də, millimizin Tailandla matçı isə ayın 22-də keçiriləcək.