[b]Millimizin qarşısıalınmazı[/b]
10.10.2017 - 16:20
[b]Millimizin qarşısıalınmazı[/b]

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin ən qarşısıalınmaz futbolçularının siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, söhbət ən çox qayda pozuntusuna məruz qalan oyunçulardan gedir.

 

Rəqibləri fola məcbur edən qarşısıalınmazlar siyahısına polşalı Robert Levandovski başçılıq edir. Seçmə mərhələnin bombardirini dayandırmaq üçün rəqibləri 36 dəfə qaydalar çərçivəsindən çıxıb.

 

Sloveniyalı Yosip İliçiç 35 dəfə bu yolla dayandırılıb. O, yalnız Levandovskidən geri qalır.

 

Qarşısı qayda pozuntusu ilə dayandırılan 3-cü oyunçu isə Azərbaycan millisinin şərəfini qoruyur. Bu, milliləşən legionerimiz Dmitri Nazarovdu. Yarımmüdafiəçi meydanda olduğu müddətdə rəqiblərini 31 dəfə fola vadar edib.

 

Avropalılar üçün qarşısıalınmaz olan Nazarov cəmi 599 dəqiqəyə bunu bacarıb. O, təxminən hər 19,3 dəqiqədən bir rəqib müdaxiləsinə tuş gəlib. Bu göstəricidə futbolçumuz Levandosvki ilə İliçiçi də arxada qoyur. Onlar müvafiq olaraq, 900 və 850 dəqiqə ərzində bu qədər cərimə zərbəsi qazanıb. Yəni sloveniyalı 24,3, polşalı 25 dəqiqədən bir fola məruz qalıb.

 

Ümumiyyətlə, ən azı 10 dəfə qayda pozuntusu ilə dayandırılanlar sırasında ən yüksək orta göstərici də Dmitriyə aiddi. O, son 9 qarşılaşma ərəfəsində qitənin rekordçusudu. 2-ci sırada macarıstanlı Laslo Kleynsheyler 21,5, finlandiyalı Perparim Hatemay 22,4 dəqiqədən bir dol qazanıb.

 

Qeyd edək ki, Avropa zonasının seçmə oyunları bu gün keçiriləcək 9 matçla başa çatacaq.