[b]Millimizin rekordçusu: 54 ölkə arasında 7-ci[/b]
31.03.2016 - 17:24
[b]Millimizin rekordçusu: 54 ölkə arasında 7-ci[/b]

UEFA-ya üzv ölkələrin milli komandalarında oynamış ən gənc oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Avropanın 6 ən gənc oyunçusunu və 54 assosiasiya üzrə rekordçuların siyahılarını tərtib edib.

 

15 yaş 154 günlüyündə Şimali İrlandiya millisinin formasını geyinən Samuel Conson Avropanın mütləq rekordçusudu.

 

“Altılıq”da macarıstanlı Yozef Horvat (15 yaş 188 gün), norveçli Martin Edeqor (15 yaş 253 gün), belçikalı Fernand Nisot (16 yaş 19 gün), lüksmburqlu Vinsent Tili (16 yaş 50 gün) və italiyalı Rentso de Vençi (16 yaş 112 gün) də yer alıblar.

 

Digər 54 nəfərlik milli rekordçularının siyahısında Araz Abdullayev də var. 16 yaş 176 günlüyündə Azərbaycan yığmasının formasını geyinən yarımmüdafiəçi komandamızın rekordçusu kimi siyahıya düşüb. O, ilk “altılıq”da təmsil olunan 6 ölkədən başqa bütün yığmaların rekordçularını arxada qoyur. Bir sözlə, “Neftçi”nin üzvü millisinin rekordçusu olan 54 futbolçu arasında 7-cidi.