[b]Yığmamızın rəqibi Braziliya və İspaniya ilə oynayacaq[/b]
10.03.2017 - 19:24
[b]Yığmamızın rəqibi Braziliya və İspaniya ilə oynayacaq[/b]

Almaniya millisinin iki yoxlama oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan bundestim İspaniya və Braziliya ilə qarşılaşacaq.

 

İspaniya ilə matç gələn il martın 23-də, Düsseldorfda baş tutacaq.

 

Almanlar “sambaçılar”la da gələn il üz-üzə gələcək. Dünya çempionları “pentakampeon”ları da doğma meydanda sınağa çəkəcək. Bu qarşılaşmanın isə ilkindən 3 gün sonra, martın 27-də Berlin Olimpiya stadionunda keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, hər iki görüş DÇ-2018-ə hazırlıq məqsədilə keçiriləcək.