[b]Millimizin rəqibi İngiltərə ilə oynayacaq[/b]
12.05.2017 - 22:35
[b]Millimizin rəqibi İngiltərə ilə oynayacaq[/b]

Futbol azarkeşləri növbəti dəfə İngiltərə və Almaniya milliləri arasında yoldaşlıq görüşünə şahidlik edəcəklər. Apasport.az saytının məlumatına görə, oyun Londonda, “Uembli” stadionunda baş tutacaq.

 

Bu matç iki komanda arasında son vaxtlar keçiriləcək üçüncü görüş olacaq.

 

Belə ki, ötən ilin martında almanlar doğma meydanda – Berlində 2:3 hesabı ilə məğlub olmuşdusa, bu ilin martında yenə Almaniyada, bu dəfə Dortmunddakı qarşılaşmadan minimal hesablı qələbəylə (1:0) ayrılıb.

 

Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alıb.