[b]Millimizin rəqibi Laqerbeklə anlaşdı[/b] - FOTO
01.02.2017 - 15:43
[b]Millimizin rəqibi Laqerbeklə anlaşdı[/b] - FOTO

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Norveç yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, skandinaviyalıların “sükanı arxası”na Lars Laqerbek gətirilib.

 

O, Per-Matias Hoqmonun gedişindən sonra boş qalmış postu tutub. İsveçli mütəxəssislə 2019-cu ilə qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. 68 yaşlı çalışdırıcı “Ullevaal” stadionunda ictimaiyyətə təqdim olunub.

 

Qeyd edək ki, uzun müddət İsveç yığmasını çalışdırmış Laqerbekin son iş yeri 2011-2016-cı illərdə İslandiya yığması olub.