[b]Millimizin rəqibi məğlub oldu, Rusiyadan 3 cavabsız qol[/b]
06.06.2017 - 09:24
[b]Millimizin rəqibi məğlub oldu, Rusiyadan 3 cavabsız qol[/b]

Dünən yığma komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Çexiya Belçika ilə üz-üzə gəlib.

 

Görüş daha güclü futbolçulardan təşkil edilən belçikalıların minimalhesablı qələbəsi ilə nəticələnib.

 

Mundiala ev sahibliyi edəcək Rusiya Macarıstanın qapısından 3 cavabsız top keçiribsə, Türkiyə yığması Makedoniya ilə qolsuz bərabərə qalıb.

 

Yoldaşlıq görüşləri

5 iyun

 

Belçika – Çexiya – 2:1

Qollar: Batşuayi, 25; Fellaini, 52 – Krmençik, 29

 

Makedoniya – Türkiyə - 0:0

 

Macarıstan – Rusiya – 0:3

Qollar: Smolov, 20; Eppel, 40 (avtoqol); Poloz, 89

 

Konqo DR – Botsvana – 2:0

Qollar: Afobe, 48; Nqbakoto, 55

 

Liberiya – Syerra-Leone – 1:0

Qol: Cekson, 78

 

Misir – Liberiya – 1:0

Qol: Abdelhakim, 66

 

Seneqal – Uqanda – 0:0