Futzal üzrə AVRO-2018-in əsas seçmə mərhələsində millimizin rəqibi olacağı dəqiqləşmiş Albaniya millisi II təsnifat turunda növbəti oyununda da qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz Maltanı məğlub edib.
Görüş 3:2 hesabı ilə başa çatıb. İngiltərə, Bolqarıstan və Malta ilə eyni qrupda yer alan albanlar keçirdiyi hər üç oyunda qələbə qazanaraq mərhələni lider kimi tamamlayıblar.
Aprelin 3-12-də keçiriləcək əsas seçmə mərhələdə Albaniya millisi 2-ci qrupda çıxış edəcək. Mübarizəyə birbaşa bu raunddan başlayan Azərbaycan, Macarıstan, Bosniya və Herseqovina albaniyalılara rəqib olacaq.
Qeyd edək ki, AVRO-2018-in final mərhələsi Sloveniyada keçiriləcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı