[b]Millimizin rəqibi Yeni Zelandiya ilə qarşılaşacaq[/b]
14.02.2017 - 09:44
[b]Millimizin rəqibi Yeni Zelandiya ilə qarşılaşacaq[/b]

2018-ci il dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Şimali İrlandiya yığması yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Apasport.az saytı xəbər verir ki, Yeni Zelandiya ilə nəzərdə tutulan qarşılaşma Azərbaycanla görüşə hazırlıq xarakteri daşıyacaq.

 

Belə ki, iyunun 10-da millimizin qonağı olacaq Şimali İrlandiya 8 gün öncə, yəni ayın 2-də Yeni Zelandiyanı sınağa çəkəcək. Qarşılaşma Belfastda, “Vindzor Park” stadionunda baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu isə Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.