[b]Millimizin rəqibində dəyişikliklər[/b]
15.11.2016 - 11:09
[b]Millimizin rəqibində dəyişikliklər[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini böyük hesabla (4:0) məğlub edən Şimali İrlandiya bu gün Xorvatiya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Maykl Onil qarşılaşma öncəsi heyətdə dəyişikliyə əl atmalı olub.

 

Belə ki, millimizlə qarşılaşmada çərçivəni qoruyan Maykl Makqovern düşərgəni tərk edib. Təcrübəli qolkiper klubu “Norviç”ə qayıdıb. Onun yerinə isə Xorvatiya ilə görüş üçün 39 yaşlı Roy Kerrol yığmaya dəvət alıb.

 

Həmçinin Azərbaycanla oyundan öncə zədələndiyi üçün “23-lüy”ə salınmayan Konor Vaşinqton da bugünkü qarşılaşmada iştirak edə bilməyəcək. 24 yaşlı hücumçu müayinə olunmaq üçün klubu “Kuinz Park Reyncers”ə qayıdıb.

 

Qeyd edək ki, Şimali İrlandiya – Xorvatiya oyunu Belfast şəhərində baş tutacaq.