Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya yığmasında Mario Götze problemi yaşanır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, zədə ucbatından yığmamızla matçı buraxacaq ulduz futbolçu uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Bu isə Bundestimin məşqçilər korpusunu narahat edir. Baş məşqçi Yoahim Lövün köməkçiliyini edən Oliver Birhoff 24 yaşlı yarımmüdafiəçinin tezliklə sağalacağına ümid etdiklərini bildirib: “Təəssüf ki, Götze Azərbaycanla seçmə mərhələ oyununu buraxacaq. O, hazırda müalicəsi ilə məşğul olur. İnanırıq ki, Mario Konfederasiyalar Kubokunun startına qədər sağalıb əvvəlki formasını bərpa edəcək. Ona ümidimiz böyükdü”.
Qeyd edək ki, Azərbaycan – Almaniya qarşılaşması martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.