[b]Millimizin rəqibindən minimal hesablı qələbə[/b]
29.03.2016 - 09:22
[b]Millimizin rəqibindən minimal hesablı qələbə[/b]

Milli komandaların iştirakı ilə növbəti yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa təmsilçilərinin iştirakı ilə 4 qarşılaşma baş tutub.

 

Bu oyunların üçündə 1:0 hesabı qeydə alınıb. Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya da Sloveniyanı bu hesabla məğlub edib.

 

Rəqibimiz matçın ilk yarısında vurulan qolla qalib gəlib. Böyük Britaniya təmsilçisinə minimal hesablı qələbəni Konnor Vaşinqtonun qolu qazandırıb.

 

Yoxlama oyunları

28 mart

 

Şimali İrlandiya – Sloveniya – 1:0

Andorra – Moldova – 0:1

Syerra-Leone – Qabon – 1:0

Lixtenşteyn – Farer adaları – 2:3

Ukrayna – Uels – 1:0