[b]Millimizin rəqibinə yeni rəhbər[/b]
01.02.2017 - 10:54
[b]Millimizin rəqibinə yeni rəhbər[/b]

DÇ-2018-in seçmə mərhələsində yığmamızın rəqiblərindən olan San-Marinoda futbol federasiyasına yeni prezident seçilib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun yeni rəhbəri Marko Tura təyin edilib.  

 

O, 32 il idi ki, San-Marino Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Corcio Kreşentinini əvəzləyib. Məhz Kreşentininin dövründə San-Marino UEFA və FİFA-ya üzv qəbul olunub.

 

Yeni prezident seçilmiş Tura təyinatı ilə bağlı bunları deyib: “Federasiyamız uğur qazanmaq istəyir. Köməkçilərim, öz komandamla birlikdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə başlayacağıq”.  

 

Sabiq futbol hakimi olan Tura beynəlxalq görüşlərə təyinat alan ilk san-marinolu referilərindəndi. O, daha sonra ölkəsində Hakimlər Assosiasiyasına rəhbərlik edib. 2008-ci ildə San-Marino Futbol Federasiyasında işə başlayan Tura 5 il sonra qurumun vitse-prezidenti təyin olunub.