[b]Millimizin rəqibləri bəlli oldu[/b]
16.12.2016 - 18:11
[b]Millimizin rəqibləri bəlli oldu[/b]

Gələn ilin yanvar ayında keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının da rəqibləri müəyyənləşib.

 

C qrupunda mübarizə aparacaq millimiz Litva, Slovakiya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

 

A qrupu: Tacikistan, Yunanıstan, Bolqarıstan, Estoniya
B qrupu: Latviya, Belarus, Rusiya, Hindistan
C qrupu: Litva, Azərbaycan, Slovakiya, Qazaxıstan

D qrupu: Moldova, Sloveniya, Sankt-Peterburq, İran

 

Qeyd edək ki, oyunlar yanvarın 7-22-si aralığında Sankt-Peterburq şəhərində keçiriləcək.