[b]Rəqiblərimizin oyununda 7 qol[/b]
07.10.2016 - 22:30
[b]Rəqiblərimizin oyununda 7 qol[/b]

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, VII qrupda mübarizə aparan Azərbaycan millisinin rəqibləri də növbəti matçlarına çıxıblar.

 

Finlandiya ilə səfərdə qolsuz bərabərliyə razılaşmış millimizlə yanaşı Almaniya və Farer Adaları da uyğun olaraq Rusiya və Avstriya ilə qarşılaşıb.

 

Farer adaları – Avstriya oyununda azarkeşlər bir qola şahidlik ediblər. Qonaqlar minimalhesablı qələbəyə seviniblər.

 

Almaniya – Rusiya matçında isə 7 qol qeydə alınıb. Bu dəfə meydan sahibləri 3 xalı bayram ediblər – 4:3.

 

Bu nəticələrdən sonra millimiz mövqeyini dəyişməyib. Almaniya da 9 oyundan sonra maksimum nəticə - 27 xalla mübarizəsini davam etdirib.

 

 

1

Almaniya

9

9

0

0

31-7

27

2

Avstriya

9

7

1

1

21-8

22

3

Finlandiya

9

4

1

4

12-9

13

4

Azərbaycan

10

2

3

5

8-19

9

5

Rusiya

9

2

2

5

14-18

8

6

Farer adaları

9

0

1

8

3-27

1