[b]Millimizin rəqiblərinin oyununda sərfəli bərabərlik[/b]
10.01.2017 - 01:05
FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnir davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın da çıxış etdiyi C qrupunda növbəti oyun keçirilib.
Qrupun digər görüşündə Slovakiya və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Matç qolsuz bərarərliklə başa çatıb.
Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Litvaya 1:2 hesabı ilə uduzub. Təbriz Həsənovun komandası növbəti oyununu yanvarın 11-də Qazaxıstana qarşı keçirəcək.
0
0