[b]Millimizin sabiq üzvünün taleyinə aydınlıq gəldi[/b]
05.01.2017 - 13:34
[b]Millimizin sabiq üzvünün taleyinə aydınlıq gəldi[/b]

“Adımı gah AZAL, gah da “Səbail” klubu ilə birgə hallandırırlar. Halbuki bu məlumatların heç biri reallığı əks etdirmir”. Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Rail Məlikov deyib.

 

Təcrübəli futbolçunun sabiq komandası AZAL-a qayıdacağı ilə bağlı söz-söhbətlər gəzsə də, Məlikov bunu təkzib edib.

 

“Sumqayıt”da özünü xoşbəxt hiss edən millimizin sabiq üzvü bildirib ki, ən azı müqaviləsinin sonuna qədər komandada qalacaq: “Mənim “Sumqayıt”la maya kimi sözləşməm var. Bu isə o deməkdi ki, başqa kluba keçməyim gündəmdə ola bilməz. Əgər adıçəkilən klublardan rəsmi təklif gəlsəydi, açıqlanardı. Deməli, boş söhbətlərdi. “Sumqayıt”ın heyətində məşqlərimi davam etdirirəm”.

 

Qeyd edək ki, Rail Məlikov keçən ilin yayından “Sumqayıt”ın formasını geyinir.