[b]Millimizin start heyətində dəyişiklik: Rəşad “out”, Bədavi “in”[/b]
11.10.2016 - 15:38
[b]Millimizin start heyətində dəyişiklik: Rəşad “out”, Bədavi “in”[/b]

Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının Ostravaya ezam olunmuş əməkdaşının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə matçın startına bir neçə saat qalmış Rəşad Sadıqovla bağlı yekun qərar qəbul edilib.

 

Baş məşqçi Robert Prosineçki dünənki mətbuat konfransında kapitanın zədəsinin davam etdiyini və onunla bağlı son sözü axırıncı məşqə əsasən deyəcəyini açıqlamışdı. Son məşq isə onu göstərib ki, təcrübəli müdafiəçi bugünkü qarşılaşmaya yetişə bilməyəcək. Bu üzdən xorvatiyalı mütəxəssis müdafiənin mərkəzində Maksim Medvedevlə yanaşı zədədən yenicə qayıdan Bədavi Hüseynova şans verəcək.

 

Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0