[b]Millimizin üzvlərinə yeni rəqiblər[/b]
19.04.2017 - 11:15
[b]Millimizin üzvlərinə yeni rəqiblər[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yığmamızın digər üzvü Ozancan Kökcü ilə anlaşan “ağ-yaşıllar” indi də “Kasımpaşa”nın 3 oyunçusuna göz dikib.

 

“Timsah” Superliqanın digər təmsilçisinin futbolçuları – braziliyalı müdafiəçi Titi, portuqaliyalı yarımmüdafiəçi Andre Kastro və yerli hücumçu Tunay Torunla güclənməkdə maraqlıdı. Hər üç futbolçunun meneceri ilə ilkin görüş baş tutub. Tərəflər mövsümün sonunda yenidən bir araya gəlmək qərarına gəliblər.

 

Bundan başqa, “Əskişəhərspor”un orta sahə oyunçusu Hasan Hüseyin və “Boluspor”un hücumçusu Əmrə Gültəkin də “Bursaspor”un transfer gündəmindədi.

 

Bu transferlər reallaşarsa, həm Dəniz Yılmaz, həm də Ozancan Kökcü üçün rəqabət artacaq. Çünki bursalılar hər iki oyunçunun çıxış etdiyi mövqeyə əlavə iki transfer etməyi planlaşdırır.