Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya II Bundesliqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, onun formasını geyindiyi “Aue” klubu XXI tur çərçivəsində “Braunşveyq”in qonağı olub.
Qarşılaşmada hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. Oyuna ehtiyatdan başlayan Nazarov isə fasilədən dərhal sonra komanda yoldaşı Niki Adleri əvəzləyib. Yığmamızın üzvü çox keçmədən komandasını xilas edib. Belə ki, 57-ci dəqiqədə qazanılan penaltini qola çevirən Nazarov “Aue”yə səfərdə 1 xal qazandırıb – 1:1.
Qeyd edək ki, “Aue” hazırda 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.
Dimitrij Nazarov Goal HD - Braunschweig 1-1 Aue... by alletore2