Azərbaycan yığmasının üzvü Ufuk Budak baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, onun formasını geyindiyi “Kayserispor” klubunun çalışdırıcısı Hakan Kutlu istefa verib.
Bu məlumatı Türkiyə mətbuatına açıqlamasında Kayseri təmsilçisinin rəsmilərindən olan Ahmet Yıldız da təsdiqləyib. O bildirib ki, Kutlu rəhbərliyə müraciətində postundan ayrılmaq istədiyini bildirib və onun xahişi qəbul edilib.
Superliqanın XIII turunda “Kayserispor”un “Trabzonspor”a məğlub olduğu matçın gedişində bir qrup azarkeş Kutlunu istefaya səsləmişdi. Onun yerinə kimin gətiriləcəyi hələ müəyyənləşməyib.
Qeyd edək ki, aktivində 9 xal olan “Kayserispor” turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı