[b]Millimizin hücumçusu Superliqada ilk matçına çıxdı[/b]
17.10.2016 - 09:09
Türkiyə Superliqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Dəniz Yılmaz cari mövsümdə ilk matçına çıxıb.
Yenicə milliləşdirilən hücumçu zədədən qayıtdıqdan sonra “Bursaspor”un heyətində “Osmanlıspor”a qarşı çıxış edib. Yılmazın 90 dəqiqə əvəz edilmədən keçirdiyi görüş qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, “Bursaspor” 7 turdan sonra 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0
0