[b]Millimizin üzvü Türkiyədə 9 dəqiqəyə “fərqləndi”[/b]
26.01.2016 - 11:23
[b]Millimizin üzvü Türkiyədə 9 dəqiqəyə “fərqləndi”[/b]

Azərbaycan yığmasının yarımmüdafiəçisi Timur Təməltaş Türkiyədə növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, onun şərəfini qoruduğu “Altınordu” PTT I liqasının XIX turunda “Boluspor”u qəbul edib.

 

Qarşılaşma Təməltaş üçün uğurlu alınmayıb.

 

Belə ki, onun komandası 85 və 90+1-ci dəqiqədə buraxdığı qollarla 0:2 hesablı məğlubiyyətə düçar olub. Maraqlıdı ki, yığmamızın üzvü meydana məhz 85-ci dəqiqədə daxil olub və komanda yoldaşı Yener Arıcanı əvəzləyib. Timur 90+4-cü dəqiqədə sarı vərəqə alaraq “fərqlənib”.

 

Qeyd edək ki, bu nəticədən sonra “Altınordu” aktivindəki 27 xalla turnir cədvəlində 9-cu pilləyə enib. Bu komandanı lider “Karabükspor”dan cəmi 6 xal ayırır.