[b]Millimizin üzvü Türkiyəyə gedir[/b]
16.12.2016 - 21:46
Milli komandamızın üzvü Pavel Paşayevin komandası “Stal” qış fasiləsini Türkiyədə keçirəcək. Apasport.az saytının məlumatına görə, Kamenski təmsilçisi qardaş ölkədə iki təlim-məşq toplanışında olacaq.
Belə ki, Ukrayna Premyer Liqasının “Zarya” ilə oyunundan sonra yanvarın 15-də bir yerə toplaşacaq komanda Antalyaya yola düşəcək.
Qeyd edək ki, kamensklilərin ikinci dövrədəki ilk matçı fevralın 25-də Donetsk “Olimpik”inə qarşı olacaq.
0
0