[b]Millimizin zədəlisindən şad xəbər[/b]
24.03.2017 - 00:31
Zədəsi səbəbindən milli komandanın məşqlərindən kənarda qalan Kamran Ağayevdən yeni xəbər var. Apasport.az saytının məlumatına görə, bu barədə AFFA-nın feysbuk hesabı informasiya yayıb.
Bildirilib ki, komandamızın əsas “çərçivə qoruyucusu” artıq zədəsini sağaldaraq kollektiv məşqlərə start verib.
Onun Almaniya ilə oyunda meydana çıxacağı gözlənilir.
0
0