[b]Yığmamızla oyunda dubl edən futbolçuya “Yuventus”dan təklif[/b]
09.10.2017 - 09:53
[b]Yığmamızla oyunda dubl edən futbolçuya “Yuventus”dan təklif[/b]

DÇ-2018-in seçmə mərhələsinin son turunda millimizlə qarşılaşmada (5:1) dubl edən Almaniya yığmasının futbolçusu Leon Qoretska İtaliyaya köçə bilər. Apasport.az saytı “Tuttosport”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin karyerasını A seriyasında davam etdirmək variantı yaranıb.

 

Belə ki, “Yuventus” istedadlı oyunçunun xidmətində maraqlıdı. Qoretskanın uğurlu çıxışı turinliləri də onun uğrunda mübarizəyə qoşulmağa məcbur edib. “Şalke” ilə müqaviləsini müddəti cari mövsümün sonunda başa çatacaq futbolçu “Barselona”, “Real” və “İnter”in də maraq dairəsindədi.

 

Qeyd edək ki, 2013-cü ildən “Şalke”də çıxış edən Leon Qoretska 2014-cü ildən Almaniya yığmasının da üzvüdü.