[b]Millimizlə oyunöncəsi gözlənilməz itki[/b]
08.10.2017 - 20:48
[b]Millimizlə oyunöncəsi gözlənilməz itki[/b]

Bu gün DÇ-2018-in seçmə mərhələsində milli komandamız Almaniya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu oyunda rəqibin əsas futbolçularından biri Yulian Draksler çıxış etməyəcək.

 

Bu barədə Almaniya Futbol İttifaqından açıqlama verilib. Fransa PSJ-sində çıxış edən forvardın qripə yoluxduğu üçün heyətdən çıxarıldığı bildirilib. 

 

Qeyd edək ki, Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.