[b]Millinin futbolçusu "İnter"lə oyunu gözləyir[/b]
25.09.2016 - 18:12
[b]Millinin futbolçusu "İnter"lə oyunu gözləyir[/b]

Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Tağıyev zədəsini hələ sağaltmayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu bu səbəbdən ölkə çempionatının VI turu çərçivəsində hazırda keçirilən "Zirə" - "Qəbələ" oyununda iştirak etmir.

 

Adı "18-liy"ə daxil edilməyən Tağıyev matçı tribunadan izləyib. Əməkdaşımızla danışan Cavid zədəsini nə vaxt sağaldacağını açıqlayıb. O bildirib ki, növbəti turda komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının VII turunda "Zirə" "İnter"in qonağı olacaq.