[b]Millinin məşqçiləri Sumqayıtda iş başında[/b]
11.09.2016 - 21:37
[b]Millinin məşqçiləri Sumqayıtda iş başında[/b]

Topaz Premyer Liqasının IV turunda keçirilən “Sumqayıt”- “İnter” oyununu izləyənlər arasında tanınmış simalar da var. Apasport.az saytının məlumatına görə, əsas diqqətçəkən məqam milli komandanın məşqçilərinin hazırda ikinci hissəsi keçirilən qarşılaşmanı izləməsidi.

 

Baş məşqçi Robert Prosineçkinin bir xorvatiyalı köməkçisi ilə yanaşı, yerli köməkçilərdən Mahmud Qurbanov da Sumqayıt şəhər stadionunda matçı seyr edir.

 

Həmçinin “İnter”in prezidenti Rəşad Qasımov, rumıniyalı futbolçusu Adrian Skarlatake və “Qəbələ”nin oyunçusu Asif Məmmədov da tribunadan oyuna tamaşa edənlər arasındadı.

 

Qeyd edək ki, Prosineçkinin bütün köməkçiləri dünənki “Neftçi” – “Qəbələ” (0:8) matçında da iş başında idilər.