Topaz Premyer Liqasının VI turunda “Kəpəz” “Qarabağ”ı qəbul edir. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, millinin məşqçiləri Gəncədəki qarşılaşmaya maraq göstərmirlər.
Yığma komandanın özəyini “Qarabağ”ın futbolçuları təşkil etməsinə baxmayaraq, millinin məşqçiləri ağdamlıların səfər qarşılaşmasını izləməyə lüzum görməyiblər. Belə ki, nə baş məşqçi Robert Prosineçki, nə də onun köməkçiləri stadionda gözə dəymir. Onlar bu gün keçiriləcək “Zirə” – “Qəbələ” oyununu izləməyi planlaşdırırlar.
Qeyd edək ki, yığma komandanın son toplanışına “Qarabağ”ın 9 futbolçusu dəvət almışdı.