[b]Millinin baş məşqçisi "Əlincə Arena"da[/b]
27.09.2016 - 19:12
[b]Millinin baş məşqçisi "Əlincə Arena"da[/b]

Topaz Premyer Liqasının VI turunun son matçında “Sumqayıt” “Neftçi”nin qonağıdı. Apasport.az saytının məlumatına görə, Masazır qəsəbə stadionuna keçirilən görüşə millinin məşqçilər korpusu da laqeyd qalmayıb.

 

Belə ki, son günlər Premyer Liqa matçlarında iştirak etmədiyi üçün mətbuatın tənqidinə tuş gələn baş məşqçi Robert Prosineçki və onun yerli köməkçilərindən Mahmud Qurbanov görüşü VİP-lojadan izləyirlər.

 

Həmçinin “Neftçi”yə keçidi gözlənilən Mahir Şükürov da oyunu tribunadan izləyir.

 

Qeyd edək ki, birinci hissəsi keçirilən oyunda “Neftçi” 1:0 hesabı ilə öndədi.