[b]"Qəbələ” ilə oyun göstərdi ki..." - Miron Markeviç [/b]
27.01.2016 - 12:26
[b]"Qəbələ” ilə oyun göstərdi ki..." - Miron Markeviç [/b]

“Toplanışın birinci hissəsindəki yoxlama görüşlərində komandamdan heç vaxt qələbə tələb etmirəm. Futbolçuları yükləmək, fiziki hazırlığı yaxşı səviyyəyə çatdırmaq əsasdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.

 

Klubun rəsmi saytına geniş müsahibə verən təcrübəli çalışdırıcı söhbət əsnasında “Qəbələ” ilə Antalyada keçirdikləri yoxlama görüşünə də toxunub.

 

O, komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşan həmin oyundan razılığını dilə gətirib: “Almaniyanın Regional Liqa təmsilçisi ilə keçirdiyimiz ilk görüşdə yorğun idik. Buna görə də, sürətdə rəqibə uduzurduq. Son 2 hazırlıq matçında isə komandamın çıxışından razı qaldım. “Qəbələ” və “Sürix”lə oyunlar göstərdi ki, irəli addım atmışıq, komandada inkişaf var”.

 

Markeviç “Rəvan”ın sabiq qapıçısı Kostyantin Maxnovskinin “Dnepr”də baxışda olmasına da toxunub. O, komandanın əsas qolkiperinin kim olacağını hələ müəyyənləşdirmədiklərini qeyd edib: “Əsas qapıçımız Denis Boyko artıq “Beşiktaş”ın üzvüdü. Təbii ki, “Dnepr”də qalmasını istərdim. Amma bu barədə danışmaq artıq yersizdi. Təkcə onu istərdim ki, rəqabətdə qalib gəlsin və “Beşiktaş”ın bir nömrəli qapıçısı olsun. Hazırda komandada Kostyantin Maxnovskidən əlavə, daha 2 qapıçı var. Bu məsələdə qapıçılarla işləyən məşqçimizə - Valeri Qorodova güvənirəm. Boykonu kimin əvəzləyəcəyinə məhz o qərar verəcək”.