“Qarabağ” xüsusi komandadı. Rəqibi yaxşı təhlil etmişik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Rudar” klubunun futbolçusu Nedelko Vlahoviç deyib.
Monteneqro mətbuatına danışan 31 yaşlı müdafiəçi “Qarabağ” haqda müsbət fikirlər səsləndirib. O bildirib ki, Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində oynamağı hədəfləyib: “Rəqibimiz ötən mövsüm Avroliqanın pley-offunda “Tvente”ni mübarizədən kənarlaşdırıb. Çempionlar Liqasının təsnifat mərhələsində isə az qala “Zalsburq”u üstələyəcəkdi. “Qarabağ”ın əla futbolçuları var, uzun müddətdi bir yerdə çıxış edirlər. Bu səbəbdən bir-birlərini meydanda yaxşı başa düşürlər. Mən elə-belə söz demirəm. Rəqibi təhlil edərkən, heyətini gördüm və ondan sonra bu fikrə gəldim. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamağı hədəfləyən ambisiyalı komandadı”.
Vlahoviç cütün favoritinin “Qarabağ” olduğunu etiraf edib: “Biz də bilirik ki, favorit “Qarabağ”dı. Ancaq öncədən təslim olmaq fikrində deyilik. Futbolda hər şey mümkündü, heç kim məğlubedilməz deyil. “Qarabağ”ı təəccübləndirməyə çalışacağıq. Amma bunu etmək çox çətin olacaq. İstəyimiz yaxşı oyun göstərməkdi. Monteneqro çempionuyuq və bu, böyük uğurdu. Avrokuboklarda güclü komandalara qarşı oynamaq isə ayrı həzz deməkdi. Azarkeşlərimizə heç nə söz vermirik. Amma açıq-aşkar görünür ki, “Rudar” da keyfiyyətli komandadı”.
Təcrübəli futbolçu “Qarabağ”ın heyətində Reynaldonu fərqləndirib: “Rəqibin heyətində ən çox seçilən oyunçu Reynaldodu. Mükəmməl hücumçudu. O, meydanda təcavüzkarı xatırladır”.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı