[b]Monteneqro yığmasının baş məşqçisi: Azərbaycan millisi səhvlərimizdən yararlandı[/b]
16.03.2016 - 09:48
[b]Monteneqro yığmasının baş məşqçisi: Azərbaycan millisi səhvlərimizdən yararlandı[/b]

“Hesab edirəm ki, hesab oyuna görə olmadı. Çünki biz daha yaxşı oyun nümayiş etdirmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Monteneqro millisinin baş məşqçisi Aleksandar Miljenoviç deyib.

 

O, Azərbaycanın U-19 yığması ilə Podqoritsada keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Üstünlüyümüz ilk yarıda daha qabarıq hiss olunurdu. 45 dəqiqə ərzində meydanda diqtə edən tərəf olduğumuzu qol və qaçırılan imkanlar da göstərir. İkinci yarıda oyunumuzda eniş hiss olunmağa başladı. Azərbaycan yığması da bundan istifadə edib, səhvlərimizdən maksimum yararlandı. Qolları da qısa zaman kəsiyində buraxdıq. Bütün bunlar ilk dəfə belə müdafiə xətti ilə oynamağımızla bağlıdı”.

 

Qeyd edək ki, yığmamız Podqoritsada baş tutan qarşılaşmada 3:2 hesabı ilə qalib gəlib.