“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo hücumçu Ueyn Runi ilə bağlı maraqlı fikir səsləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis “mankunianlar”ın liderinin komandadan ayrıla biləcəyini istisna etməyib.
Mourinyo Çindən sərfəli təklif alan Runinin önünü kəsməyəcəyini söyləyib: “Runi komandamıza hələ çox xeyir verə bilər. Amma Çinə getmək istəyən futbolçuları da tənqid etmək istəmirəm. Çünki onlara çox böyük pullar təklif olunur. Ueyn mənə Çin variantı ilə bağlı heç nə deməyib. Ancaq karyerasını orada davam etdirmək istəsə, ona mane olmayacam”.
Qeyd edək ki, 2004-cü ildən “Mançester Yunayted”in şərəfini qoruyan Ueyn Runi bu komandanın heyətində 250 qol vuraraq, ən məhsuldar futbolçu ünvanını ələ keçirib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı