[b]Mourinyo hansı futbolçunun alınmasını istədi?[/b]
21.07.2016 - 11:40
[b]Mourinyo hansı futbolçunun alınmasını istədi?[/b]

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçuya “Mançester Yunayted” klubu “elçi düşüb”.

 

“Mankunianlar”ın yeni çalışdırıcısı Joze Mourinyo rəhbərliklə söhbətində Bonuççinin alınmasını tələb edib. Bundan sonra hərəkətə keçən “Mançester Yunayted” rəsmiləri qarşı tərəflə danışıqlara start veriblər. Lakin keçidin baş tutması üçün “qırmızı şeytanlar” rəqabətdən qalib ayrılmalıdılar. Belə ki, Bonuççi ilə “Mançester Siti” də yaxından maraqlanır.

 

Futbolçunun transfer qiyməti 60 milyon avro olaraq dəyərləndirilir.