[b]Mourinyodan "Yuventus"un futbolçusuna təklif: gəl, köməkçim ol[/b]
07.01.2017 - 12:12
[b]Mourinyodan "Yuventus"un futbolçusuna təklif: gəl, köməkçim ol[/b]

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo klub rəhbərliyi qarşısında maraqlı təkliflə çıxış edib. Apasport.az saytı “The Sun” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı hazırda “Yuventus”da çıxış edən Patris Evranın “mankunianlar”a qayıtmasını istəyib.

 

Lakin Mourinyo təcrübəli müdafiəçini komandasında futbolçu kimi görmək niyyətində deyil. Belə ki, o, rəhbərliklə söhbətində Evranın “Mançester Yunayted”in məşqçi heyətində olmasını istəyib.

 

Mourinyonun fikrincə, 35 yaşlı fransalı köməkçi məşqçi kimi “qırmızı şeytanlar”a çox faydalı ola bilər. Onun Evra ilə də danışıqlara başladığı bildirilir. 

 

Qeyd edək ki, Patris Evra 2006-2014-cü illərdə “Mançester Yunayted”in formasını geyinib.