[b]Mövsümdə ikinci avtoqol[/b]
05.05.2017 - 17:54
Azərbaycan kubokunun cari mövsümündə ikinci avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu uğursuz “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov olub.
O, “Qarabağ”la final qarşılaşmasında öz qapısına qol vurub. Komandası 0:1 hesabı ilə uduzarkən “fərqlənən” arxa xətt oyunçusu matçda son nöqtəni qoyub.
Ürfanadək mövsümdə 1 avtoqol qeydə alınmışdı. “Bakılı”nın futbolçusu Tapdıq Əliyev 1/16 finalda avtoqola üzülüb. O, “Turan Tovuz”la matçda qapıları səhv salıb.
0
0