[b]Mövsümdə ilk[/b]
10.04.2017 - 09:18
“Qəbələ” Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox heç-heçə edən komanda ünvanına yiyələnib. Apasport.az saytının məlumatına görə, XXV turun “Qarabağ”la qarşılaşmasındakı qolsuz bərabərlik “qırmızı-qaralar” üçün 10-cu olub.
Bununla da əyalət klubu cari mövsümdə heç-heçə sayı ikirəqəmli ədədlə ifadə olunan ilk komanda olub. 25 görüşdə 10 sülhü olan Roman Qriqorçukun yetirmələri matçların 40 faizində 1 xal qazanıb.
Qeyd edək ki, bu turadək “İnter” və “Kəpəz” də “Qəbələ” qədər – 9 heç-heçəyə malik idi.
0
0