Premyer Liqanın XV turu qeyri-adi məhsuldarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 2017-ci il bütün komandaların qol vurması ilə start götürüb.
Belə ki, III dövrənin ilk oyunlarında meydana çıxan 8 komandadan heç biri 90 dəqiqəni qolsuz qalmayıb. “İnter” 4, “Zirə” 2, digər 6 komanda isə hərəyə 1 dəfə fərqlənib.
Cari mövsümdə belə hala ilk dəfə təsadüf olunub. Çünki hər turda ən azı 1 komanda qapısını toxunulmaz saxlaya bilirdi.
Mövsümün ilki qol sayında rekord üçün kifayət olmayıb. Çünki ümumilikdə cəmi 12 qol qeydə alınıb. Orta məhsuldarlığın 3,00 olduğu tur bu göstəricidə 3-cü nəticədi. 19 qolun vurulduğu IV tur isə mövsümün mütləq rekordudu. Lakin həmin vaxt 8 komandadan üçü meydanı qolsuz tərk etmişdi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı