[b]Mövsümdə ilk dəfə[/b]
09.03.2016 - 16:05
[b]Mövsümdə ilk dəfə[/b]

Azərbaycan kubokunun cari mövsümündə ən qısa müddətə dubl qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində hazırda davam edən “Qəbələ” – “Zirə” matçında 2 qol vuran Aleksey Qay 8 dəqiqəyə fərqlənib.

 

Ukraynalı yarımmüdafiəçi görüşün 5-ci dəqiqəsində hesabı açıb, 7 dəqiqə sonra isə rəqib qapısına yenidən yol tapıb. Bununla da ölkə kubokunun cari mövsümündə 6-cı dubl rəsmiləşib.

 

Lakin digər 5 dubl müəllifi qollarının hərəsini bir hissədə vurub. Eyni hissədə iki qol vuran ilk və hələlik yeganə oyunçu kimi fərqlənən Qaya qədər ən tez dubl Ruslan Qurbanova məxsus idi.

 

“Neftçi”nin milliləşən legioneri “Qaradağ-Lökbatan”la 1/8 final matçında 19 dəqiqədə - 34 və 52-ci dəqiqələrdə qol sevinci yaşamışdı.

 

Qeyd edək ki, Aleksey ikinci hissədə qol vursa, mövsümün ilk het-trikinin də müəllifi olacaq.