[b]Topaz Premyer Liqası: Mövsümdə ilk dəfə[/b]
31.03.2016 - 09:26
[b]Topaz Premyer Liqası: Mövsümdə ilk dəfə[/b]

Topaz Premyer Liqasının cari mövsümündə ilk dəfə eyni turda 2 avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXVII turda Tellur Mütəllimov və Nodar Məmmədov öz qapısına qol vurub, azarkeşlərini məyus edib.

 

Tellur “Zirə” ilə “Kəpəz” arasında Gəncədə keçirilən qarşılaşmada (0:2) qapıları səhv salıb. Bu, hər iki komanda üçün mövsümdə ilk belə hal olub.

 

“Xəzər Lənkəran”ın “Sumqayıt”la səfər qarşılaşmasında (1:2) eyni səhvə yol verən Nodar isə cənubluların ikinci uğursuzu olub. Onadək Zaman Mirzəzadə də avtoqol müəllifi olmuşdu. O, “Zirə” ilə görüşdə üzüntü yaşamışdı.

 

Ümumiyyətlə isə bu turadək 5 avtoqol qeydə alınmışdı. Bununla da avtoqol sayı 7-yə çatıb. “Sumqayıt”la “Xəzər Lənkəran”, “Rəvan” hərəyə 2, “Zirə” 1 dəfə uğursuzluq yaşayıb. “Sumqayıt”la “Zirə” hərəyə 2 dəfə rəqib avtoqoluna da sevinib. “Qəbələ”, “Qarabağ” və “Kəpəz” isə hərəyə 1 belə qol görüb.